Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kurtua da koronavirusa yoluxdu

Kurtua da koronavirusa yoluxdu

Tarix: 3 Sentyabr 2020 00:58

Belçika millisinin və Madrid “Real”ının qapıçısı Tibo Kurtuada koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

Hazırda UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar ölkəsinin yığma komandasının düşərgəsində olan futbolçunun koronavirus testi müsbət nəticə verib. Ondan təkrar analizlərin götürüləcəyi bildirilir.

Koronavirus aşkarlanmasına baxmayaraq, Tibo millinin heyətindən kənarlaşdırılmayıb. Məşqçilər korpusu Kurtuadan götürülmüş qan analizinin nəticələrini gözləyir. Buna əsasən, təcrübəli qolkiperlə bağlı qərar veriləcək.

 


Etiketlər:  Kurtua da koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ