Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabulda yol qəzasında ağır xəsarət alan sərnişin ölüb - FOTO - YENİLƏNİB

Hacıqabulda yol qəzasında ağır xəsarət alan sərnişin ölüb - FOTO - YENİLƏNİB

Tarix: 3 Sentyabr 2020 08:34

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı "KamAz"la toqquşan "Ford" markalı avtomobildə olan sərnişin dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

02:10

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, pomidorla yüklənmiş "Ford" markall avtomobil arxadan mişar daşı ilə yüklü olan "KamAz" markalı avtomobilə çırpılıb.

"Ford" markalı avtomobildə olan sərnişin ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Hacıqabulda qəzasında ağır xəsarət alan sərnişin ölüb FOTO YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ