Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” Galaxy M51 smartfonunu elan edib

“Samsung” Galaxy M51 smartfonunu elan edib

Tarix: 3 Sentyabr 2020 08:44

"Samsung" şirkəti yeni "Galaxy M51" smartfonunu elan edib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfon 32 meqapiksellik ön kamera üçün yerə malik 6,7 düymlük "Super AMOLED" displeyi ilə təchiz edilib. İstehsalçı yeni qurğudakı 8 nüvəli prosessorun modelini açıqlamayıb. Aparat 6 QB əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla (artırıla bilər) təchiz edilib.
 
"Galaxy M51" smartfonunda düzbucaqlı arxa kamera blokuna 81 dərəcə baxış bucağı və f/1.8 diafraqmasına malik 64 mp-lik sensor, 12 mp-lik təsvir ölçüsünə və f/2.2 (123°) aperturasına malik genişbucaqlı modul, həmçinin təsvir ölçüləri 5 mp olan makroçəkiliş üçün modul və dərinlik sensoru daxildir.
 
Qurğu 25 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 7000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
"Samsung Galaxy M51" artıq Almaniyada ilkin sifariş üçün əlçatandır və qiyməti 360 avro təşkil edir.


Etiketlər:  Samsung Galaxy smartfonunu elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ