Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Amazon” şirkəti bağlamaları pilotsuz təyyarələrlə çatdırmaq üçün icazə alıb

“Amazon” şirkəti bağlamaları pilotsuz təyyarələrlə çatdırmaq üçün icazə alıb

Tarix: 3 Sentyabr 2020 08:56

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi ən böyük onlayn riteyler olan "Amazon" tərəfindən yaradılmış "Amazon Prime Air" pilotsuz təyyarələrlə çatdırılma xidmətinin fəaliyyətinə icazə verib. Bu, şirkətə sınaq kommersiya fəaliyyətinə başlamağa imkan verəcək.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Amazon" şirkətinin rəsmisi hələ ki bu barədə ətraflı açıqlama verməyib. Şirkətin ABŞ-ın şimal-qərbində sınaq poliqonları var, bundan başqa pilotsuz təyyarələr Böyük Britaniyada sınaqdan keçirilib. Yalnız o məlumdur ki, şirkət ötən il nümayiş etdirilmiş hibrid konstruksiyalı 6 tərəfli multikopterlərdən istifadə edəcək.
 
Belə aparatlar üfüqi uçuş zamanı təyyarə kimi hərəkət edərək şaquli olaraq qalxa və enə bilər. Aparat infraqırmızı kameralar, dərinlik sensorları və sonarların kombinasiyası sayəsində hava məkanında hərəkət edə və maneələri dəf edə bilər.


Etiketlər:  Amazon şirkəti bağlamaları pilotsuz təyyarələrlə çatdırmaq üçün icazə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ