Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 ayda sosial təminat üzrə ödənilən vəsait açıqlanıb

8 ayda sosial təminat üzrə ödənilən vəsait açıqlanıb

Tarix: 3 Sentyabr 2020 11:04

Bakı. Trend:

8 ayda sosial təminat növləri üzrə ötən ilin eyni dövrünə nisbətən 782,7 mln. manat çox olmaqla 3,8 mlrd. manatdan artıq vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7% və ya 782,7 mln. manat çoxdur.


Etiketlər:  ayda sosial təminat üzrə ödənilən vəsait açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ