Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Pley-offa yüksəlsək, bizi daha asan rəqib gözləyəcək” – "Dinamo"nun futbolçusu

“Pley-offa yüksəlsək, bizi daha asan rəqib gözləyəcək” –

Tarix: 3 Sentyabr 2020 12:32

"Hər şeyin “Dinamo”nun istədiyi kimi getməsi maraqlıdır.  Belə olmasaydı, ilk turlarda asan komandalarla qarşılaşardıq. Daha sonra rəqiblər get-gedə çətinləşərdi”.

Qol.az  xəbər verir ki, bu sözləri Xorvatiya “Dinamo”sunun futbolçusu Damyan Daniçiç  ölkəsindəki  “Sportske Jutarnji” saytına açıqlamasında deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la qarşılaşacaq  Xorvatiya təmsilçisi bu klubu məğlub edəcəyi təqdirdə pley-offda “Qarabağ” – “Mölde” cütünün qalibi ilə üz-üzə gələcək. 
20 yaşlı yarımmüdafiəçi isə turnirin 2-ci təsnifat mərhələsində daha çətin rəqibə qarşı oynadıqlarını vurğulayaraq, pey-offa adlayacaqları halda hər şeyin nisbətən  asan olacağını bildirib:

“Ən çətin oyunumuzu ikinci təsnifat mərhələsində ÇFR-ə (Rumıniya) qarşı keçirmişik. Bu komandanı penaltilər seriyasında məğlub edə bildik. İkinci oyunumuz da çətin olacaq. Əgər “Ferentsvaroş”u keçsək,  növbəti mərhələdə bizi daha asan rəqib gözləyəcək. Ancaq hər şey bizdən asılıdır. Matça köklənib, həqiqətən yaxşı çıxış etsək, istədiyimiz nəticəni əldə edəcəyik”.
 


Etiketlər:  Pley offa yüksəlsək bizi daha asan rəqib gözləyəcək Dinamonun futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ