Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 15:22
Bakı. Trend:
Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni təyinat olub.
ASA-dan verilən məlumata görə, jurnalist Məmməd Ağayev Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib. O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olaraq çalışırdı.
M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub. Ölkənin aparıcı media orqanları olan “Azərbaycan” qəzeti, “Baki-Baku.az” elektron qəzeti, “Axar.az”, “Fed.az, “Kommersant.az” xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb.