Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 16:12
Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq millinin avqustun 27-dən başlayan toplanışı davam edir.
Artıq düşərgədə ilk narazılııq yaşanıb.
Belə ki, əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq «yüklənməyə» məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.
Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fəsilə və rəqibə uyğun tərtib etdiyini deyib (sportinfo.az).