Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 17:56
Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq millinin avqustun 27-dən başlayan toplanışı davam edir.
Sonxeber.net Sportinfo.az-a istinadən bildirir ki, artıq düşərgədə ilk narazılıq yaşanıb. Əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq "yüklənməyə" məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.
Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fəsil və rəqibə uyğun tərtib etdiyini deyib.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.