Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çağırdım gəlmədilər, üstümə tullandı” - Oynamaq istəyən uşağı it dişlədi - VİDEO

“Çağırdım gəlmədilər, üstümə tullandı” - Oynamaq istəyən uşağı it dişlədi - VİDEO

Tarix: 3 Sentyabr 2020 18:44

Şəkidə it 10 yaşlı uşağı dişləyib.

Sonxeber.net ARB TV-yə istinadən bildirir ki, hadisə Şəkinin 125-ci kvartal adlanan ərazisində meydana gəlib.

10 yaşlı Taleh Mustafayev yoldaşları ilə oynamaq üçün küçəyə çıxıb. Bu zaman ona it hücum çəkib. Heyvan azyaşlıya müxtəlif bədən xəsarətləri yetirib. Onu dərhal Şəki RMX-na çatdırılıb. Burada ilkin tibbi yardım göstərildib, quduzluğa qarşı peyvənd vurulub və uşaq Cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Fəqan Rəsulov - Həkim: "Xəstəyə bədənin çoxsayılı cırılmış, didilmiş diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilib. Hal-hazırda müalicəsi davam edir. Vəziyyəti kafidir".

Taleh Mustafayev - Zərərçəkən: "Uşaqlarla oynamağa gedirdim. Qapını açıb uşaqları çağırdım gəlmədilər. Addım atıb içəri girdim ki, it üstümə tullandı".

Zəminə Mustafayeva - Uşağın anası: "Yaşadığımız ərazidə itlər çoxdur. Uşaqlarımızı çölə rahat buraxa bilmirik. Xahiş edərdik ki, itlər ərazidən uzaqlaşdırılsın".


Etiketlər:  Çağırdım gəlmədilər üstümə tullandı Oynamaq istəyən uşağı dişlədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ