Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oksana da “Xəzər”ə gəldi

Oksana da “Xəzər”ə gəldi

Tarix: 4 Sentyabr 2020 11:40

Rəqqasə - aktrisa Oksana Rəsulova Xəzər TV-də aparıcılıq edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bununla bağlı kanal rəhbəri Murad Dadaşovla razılıq əldə edib.

Sənətçi həftədə bir dəfə tamaşaçı qarşısına çıxacaq. Oksananın verilişinin adı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, Oksana M. Dadaşovla "Bayram axşamı" adlı komediya filmində rol alıb. Eyni ekran işində yer alan aktyor İslam Mehrəliyev də yeni sezonda "Xəzər" ekranlarında görünəcək.

Milli.Az


Etiketlər:  Oksana Xəzərə gəldi


RƏYLƏR