Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişli sakinini öldürüb maşınla üstündən keçən şəxsin işi məhkəməyə göndərildi

İmişli sakinini öldürüb maşınla üstündən keçən şəxsin işi məhkəməyə göndərildi

Tarix: 4 Sentyabr 2020 14:18

Bakı. Samir Əli - Trend:

İmişli sakinini xüsusi amansızlıqla qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib.

İmişli rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu il yanvarın 7-də İmişli rayonu ərazisində rayon sakini Zaur Əzizovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla İmişli rayon sakini Emin Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vurduqdan sonra avtomobil ilə Zaur Əzizovun üzərindən keçərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiketlər:  İmişli sakinini öldürüb maşınla üstündən keçən şəxsin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ