Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 14:15
Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Baloğlan Əşrəfovla bağlı etiraf edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcı bir vaxtlar keçirdiyi ağır günləri xatırlayıb. O bildirib ki, həmin vaxt ona müğənni yardım edib:
"2008-ci ildə burdan getdim. Türkiyəyə köçdüm və orada işə düzəlmişdim. Vəziyyətim çox çətin idi. Baloğlan Əşrəfov mənə zəng vurdu ki, görüşək. Getdim qaldığı oteldə görüşdüm. Evə gələndə paltomun cibinə baxdım ki, 500 dollar var. Mənə demədən etmişdi ki, birdən lazımı olar. Heç xəbərim olmamışdı ki, cibimə o pulu necə qoyub".