Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 16:36
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə istifadə haqları azaldılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği"ndə dəyişikliklər edilib.
Dəyişikliklə yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün haqq 10 manatdan 2 manata, yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün haqlar 6 manatdan 1 manata endirilib.