Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 23:12
Agent və ya komisyonçunun malları geri qaytardıqda hansı elektron qaimə-fakturadan istifadə etməsi hazırda vergiödəyiciləri üçün maraq doğuran məsələlərdən biridir.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, prosedurun həyata keçirilməsi üçün vergiödəyicisi müvafiq proqram təminatından "Malların geri qaytarılması" elektron qaimə-fakturası üzrə "Malların təqdim edilməsi qaiməsinin qaytarılması" növünü seçməklə malları geri qaytarır.
Lakin agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı "Malların geri qaytarılması" elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır: "Məsələn, "A" MMC 20 min manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergiödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir".