Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 20:36
Ürəyin işemik xəstəliklərinin 90-95%-inin baş vermə səbəbi koronar arteriyaların aterosklerozudur.Tac damar mənfəzini daraldan aterosklerotik zədələnmələr, əsasən epikardial koronar arteriyaların paroksimal şöbələrində lokalozə olunur. Aterosklerotik piləklərin formalaşmasında damar divarının bütün elementləri iştirak edir. Piləklərin formalaşması çoxmərtəbəli prosesdir. Əvvəlcə lipidlərin toplanması hesabına endotelin tamlığı pozulur. Daha sonra endotelin disfunksiyası yaranır, bu da damar tonusunun artmasına səbəb olur. Tpombositlərin aqressiyası artır və tromb əmələgəlmə prosesinin sürəti artır. Koronar arteriyaların aterosklerozun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilər:
- şəkərli diabet
- piylənmə
- spirtli içki qəbulu
- uzun müddət siqaret çəkmə.
Koronar arteriyalarda ateroskleroz baş verən zaman damarın mənfəzi daralır, ürək əzələsinin gücü artır. Mənfəzin əhəmiyyətli dərəcədə daralması ürəyin oksigenlə qidalanmasını tələb edə bilmir və ürəyin işemiyası baş verir.