Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Exokardioqrafiya müayinəsi ilə ürəkdə nələri öyrənmək olur?

Exokardioqrafiya müayinəsi ilə ürəkdə nələri öyrənmək olur?

Tarix: 5 Sentyabr 2020 21:42

Ürəyin ən geniş yayılan müayinə metodlarından biri də Exokardioqrafiya müayinəsidir. Ürəyin ultrasəs müayinəsinin səs dalğaları ilə görüntü yaratdığı bildirilir. Exokardioqrafiya ürək kameraları, ürəyin yığılıb-açılması, ürək divarı, ürəkdə olan qüsurlar barədə məlumat verə bilir.

Exokardioqrafiya müayinəsi nə zaman və kimlərə tətbiq olunur? Onun üstünlükləri nədir? Hansısa ziyanı varmı? 

Sonxeber.net e-tibb.az-a istinadən bununla bağlı kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın məqaləsini təqdim edir:  

Kardioloqlar üçün exokardioqrafiya (ExoKQ) çoxdan gündəlik işə çevrilib. Pandemiyadan əvvəl mən gündəlik hardasa 50 pasientə ExoKQ müayinəsi edirdim. Bu üsulla ürək boşluqları, ürək əzələsinin, qapaqların funksiyaları, müxtəlif qüsurlar haqda tez məlumat əldə etmək olar. Müayinə, həmçinin, pasientdə infarktın olub-olmamasını, ürəyinin neçə faizlik işlədiyini, yüksək təzyiqin ürəyə iz qoyub-qoymamasını da göstərir.

Amma yenə də hər müayinədən əvvəl mütləq auskultasiya edirəm, yəni ürəyə qulaq asıram. Çünki heç bir cihaz insan qulaqlarını əvəz edə bilməz. ⠀
Belə bir hallala da rastlaşıram ki, xəstələrimiz aparılmış ExoKQ-nin nəticələrini gətirərək, təkrar müayinədən imtina edirlər. Lakin Exo EKQ deyil ki, onu kağızdan oxuyasan. Burada həkimin rolu böyükdür. ürəyin hər vurğusunda gördüklərinə şərh verir.
Müayinə nə qədər vaxt tələb edir?
Həkimdən və xəstəlikdən asılıdır. Patologiya olmadıqda 5-7 dəqiqə, varsa-15-20 dəqiqə çəkə bilər.

Ziyanı varmı?

Yoxdur, təbii ki. Bu, ultrasəs müayinəsidir. Heç bir şuası yoxdur.

Nəyə görə etmək lazımdır?

Metod tez, əlçatan, qeyri-invazivdir, alınan məlumat isə həm mövcud xəstəliklərin müalicəsi, həm də profilaktika baxımından çox dəyərlidir.

Ona görə də, hətta "ürəyinin harda olduğunu bilməyənlərə" belə 10 dəqiqələrini ayırıb, ürəyin normal işlədiyini, özünüzün isə təhlükəsizlikdə olduğunuza əmin olmağı tövsiyə edirəm.


Etiketlər:  Exokardioqrafiya müayinəsi ilə ürəkdə nələri öyrənmək olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ