Tarix: 6 Sentyabr 2020 16:46
Müqavilə ilə "Real"a məxsus olan Daniel Sebalyos növbəti mövsüm də icarə əsasında "Arsenal"da çıxış edəcək. Qol.az verir ki, bu haqda London klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Ötən ildən icarə əsasında London klubunda forma geyinən ispan oyunçu baş məşqçi Mikel Artetanın etimadını doğruldub. O, geridə qalan mövsüm 37 matça çıxaraq 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.