Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı

Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı

Tarix: 6 Sentyabr 2020 18:32

Millimizin hücumçusu Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.

Xatırladaq ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Milli.Az


Etiketlər:  Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ