Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda son 5 ildə çəltik istehsalı 3,4 dəfə artıb

Azərbaycanda son 5 ildə çəltik istehsalı 3,4 dəfə artıb

Tarix: 6 Sentyabr 2020 19:52

Bakı. Samir Əli - Trend:

Azərbaycanda 2019-cu ildə 4.04 min hektar sahədə çəltik əkilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ölkədə çəltik əkini 2015-ci illə müqayisədə 3.4 dəfə artıb: "2019-cu ildə çəltik istehsalı 12.0 min ton olub. Bu isə 2015-ci illə müqayisədə 4.1 dəfə çoxdur. 2019-cu ildə çəltik istehsalının 85%-i 5 rayonun (Lənkəran, Ağdaş, Ucar, Zərdab, Astara) payına düşüb. Çəltiyin məhsuldarlığı 2019-cu ildə 29.9 sent/ha olub. 2019-ci ildə Zərdab, Astara, Lənkəran, Masallı, Ağdaş, Göyçay rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. 2019-cu ildə natural ifadədə düyü idxalı əvvəlki ilə nəzərən 2.3% azalaraq 48.7 min ton olub".


Etiketlər:  Azərbaycanda ildə çəltik istehsalı dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ