Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 14:20
Bakı. Trend:
Daim funksionallığını və xidmət keyfiyyətini artırmağı hədəfləyən Hesab.az, onlayn ödəniş sahəsində mövcud olan rəqabət mühitinə davamlı olan strategiya ilə irəlləməyə davam edir.
Əsas məqsədi daim istifadəçi məmnunluğu olduğu üçün Hesab.az funksional yeniliklərini və ödəniş edilən xidmət növlərini artıraraq, istifadəçilərin vahid portal üzərindən ödənişlərini rahatlıqla etməsini təmin etməyi hədəfləyir.
Hər zaman xidmət növlərini artırarkən, müştəri ehtiyaclarını və tələblərini nəzərdə tutan Hesab.az, Mağaza Kreditləri bölməsindəki ödənişlərinin sayını sürətlə artırmaqdadır. Hal hazırda “Baku Elektronics”, “Optimal Elektronika MMC”, “İrsad Elektronics” kimi xidmətlərin ödənişlərinə əlavə olaraq yaxın zamanda, çoxdan gözlənilən və tələbatlı olan “Kontakt Home” ödənişlərini də əlavə etdi. Qeyd edək ki, istifadəçilər heç bir komissiya haqqı olmadan rahat şəkildə “Kontakt Home” mağazası üçün kredit ödənişini həyata keçirə biləcəklər. Hər zaman istifadəçi fikirləri, təklifləri şirkət rəhbərliyinin və Hesab.az komandasının diqqət mərkəzində olmuşdur. Hesab.az Sentyabr ayında və növbəti aylarda da, yeniliklər və faydalı kampaniyalar təqdim etməyi planlayır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.