Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO)

Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO)

Tarix: 7 Sentyabr 2020 17:27

Bakı. Trend:

Sentyabrın 7-də saat 10:25-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində dörd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat və kinoloji qruplarının və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli dörd aviabomba (P50 Ş) aşkarlanıb. Bombalar götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombaların tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image Ağstafada 4 ədəd aviabomba aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Ağstafada ədəd aviabomba aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ