Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 18:04
İngiltərənin futbol millisinin Danimarka maçtı üçün hazırlıqlarını davam etdirdikləri oteldə ilginc olay yaşanıb.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus tədbirlərinə məhəl qoymadan ora gizlicə qadın gətirən İngiltərə millisinin üzvləri Mason Qreenudd və Phil Foden heyətdən kənarlaşdırılaraq İngiltərəyə göndəriliblər.
İki gənc oyunçunun qaldıqları otel otağına iki qadın gətirərək səhərədək əyləniblər. Hadisə otelə gələn gənc qadınların sosial şəbəkə hesablarından etdikləri video paylaşımı ilə ortaya çıxıb.
Buna kimi Kyle Walker, Callum Hudson-Odoi və Harry Maguire-nin adları da müxtəlif qalmaqallarda hallanır. Onlardan başqa, İngiltərə mətbuatında bəzi adları açıqlanmayan futbolçuların karantin qaydalarını pozduqları və təcavüzdə günahlandırıldıqları haqda məlumatlar əks olunub.
Bu da həmin kadrlar:
Məhəmməd Vaqif