Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 20:04
"Müsbətlərin mənfilərdən çox olduğu bir oyundan çıxmışıq. Nəticədən məyus olsaq da, uduzduğumuz oyunda müsbət məqamlar çox idi".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Kipr millisinin futbolçusu Konstantinos Laifis Millətlər Liqasının 1-ci turunda Monteneqroya uduzduqları (0:2) oyunu dəyərləndirərkən deyib.
Belçikanın "Standard" klubunun üzvü sabah millimizlə keçiriləcək oyun haqda da danışıb: "Azərbaycan yaxşı rəqibdir. Sabaha qədər onlar barədə bacardığımız qədər məlumat toplamağa çalışacağıq. Əminəm ki, gənclərimizlə güclü Kipr yığması quracağıq".
Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.