Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı limanı və ATƏT Xəzərdə ''yaşıl'' limanların əlaqələndirilməsi üzrə layihəni işə salıb

Bakı limanı və ATƏT Xəzərdə ''yaşıl'' limanların əlaqələndirilməsi üzrə layihəni işə salıb

Tarix: 28 Iyun 2019 10:45

Bakı. Tural Qaracayev - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov və ATƏT-in regionda iqtisadi və ekoloji fəaliyyətinin əlaqələndiricisi Vuk Jugiç “Xəzər regionunda yaşıl limanların inkişafına xidmət” layihəsini işə salıb.

Trend-in məlumatına görə, layihə Xəzəryanı regionda yaşıl limanların və əlaqələrin genişləndirilməsində Azərbaycan, Qazaxıstan və Türkmənistana kömək göstərməyə yönəlib. Bu layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası və özəl sektorun aparıcı mütəxəssislərinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

Bundan başqa, üç ölkənin limanları arasında məlumat mübadiləsi üçün rəqəmsal platformanın yaradılması ilə bağlı planlar da var.

T.Ziyadov bildirib ki, Bakı limanı müasir standartlara uyğun fəaliyyət göstərir:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ATƏT-lə, eləcə də digər Xəzər limanları ilə əməkdaşlığı ətraf mühitin mühafizəsinin təmin olunmasında və Xəzər regionunda daha səmərəli məlumat mübadiləsinin sürətləndirilməsi istiqamətində növbəti vacib addımdır”.

V.Jugiçin sözlərinə görə, ATƏT-in bu layihəsi regionda dayanıqlılığın, təhlükəsizliyin və iqtisadi artımın möhkəmlənməsinə töhfə verəcək:

“Bərpa olunan enerji və enerji səmərəliliyi ətraf mühitə təsirin azaldılması probleminin həllinin bir hissəsidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı limanı ATƏT Xəzərdə yaşıl limanların əlaqələndirilməsi üzrə layihəni işə salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ