Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 15:42
İtaliya millisinin və "Roma"nın futbolçusu Nikolo Zanyolo ciddi zədə alıb.
Qol.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının 2-ci turunda Niderland görüşdə (1:0) zədələnib və 42-ci dəqiqədə məcburi əvəzlənib.
Tibbi müayinədən keçən 21 yaşlı yarımmüdafiəçinin sol dizinin ön xaç bağının tamamilə qırıldığı məlum olub. Onun əməliyyat olunacağı açıqlanıb. Zanyolonun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı barədə məlumat verilməyib.