Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oyunumuzu tapa bilmədik" - Kipr millisinin baş məşqçisi

Tarix: 9 Sentyabr 2020 01:46

 “Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik. Fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atdıq. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq".

Qol.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının 2-ci turunda Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandada çoxlu dəyişiklik olduğunu bildirib: "Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var”.

 


Etiketlər:  Oyunumuzu tapa bilmədik Kipr millisinin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ