Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə saxta arayış verən icra nümayəndəsinin işi məhkəməyə göndərildi

Pandemiya dövründə saxta arayış verən icra nümayəndəsinin işi məhkəməyə göndərildi

Tarix: 9 Sentyabr 2020 09:54

Bakı. Samir Əli - Trend:

Vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işi baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahim Həsənovun icratına verilib. Məhəkəmə prosesinin vaxtı yaxın günlərdə müəyyənləşdiriləcək.

Qeyd edək ki, koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması ilə bağlı aparılan araşdırmalar zamanı Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.

Toplanmış materiallar üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.


Etiketlər:  Pandemiya dövründə saxta arayış verən icra nümayəndəsinin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ