Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 14:54
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının nevroloqu Arzu Məhərrəmovanı “Həkimlərimizi tanıyın!” rubrikasında təqdim edirik.
Dr.Arzu Məhərrəmova Mərkəzi Gömrük Hospitalında mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edən dayaq-hərəkət aparatının bəzi patologiyalarının, mərkəzi və periferik sinir sistemi xəstəliklərinin profilaktikası, müalicəsi və diaqnostikası ilə məşğul olur. O, beyin damar xəstəlikləri, baş gicəllənməsi, miqren, baş ağrıları, epilepsiya, periferik nevropatiyalar, radikülopatilər, nevropatiyalar və digər xəstəliklərin müalicəsini həyata keçirir.
Dr.Arzu Məhərrəmova 2013-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2015-2019-cu illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetində Tibb fakültəsinin Nevrologiya şöbəsində təhsilini davam etdirmişdir. 2019-cu ildə Akhisar, Manisada Özel Doğuş Xəstəxanasının nevrologiya şöbəsində təcrübə keçmişdir. Dr.Arzu Məhərrəmova 2020-ci ilin fevral ayından Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində uzman nevroloq kimi çalışır.
Dr.Arzu Məhərrəmova xarici ölkələrdə keçirilən təlimlərdə, beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak edərək, təcrübəsini zənginləşdirir və gündəlik fəaliyyətində tibbin ən yeni nailiyyətlərini tətbiq edir. O, 2016-cı ildə Danimarkanın Kopenhagen şəhərində 2-ci Nevrologiya üzrə Avropa Akademiyasında keçirilən beynəlxalq tədbirdə fəal iştirak etmiş, 2016, 2018 və 2019-cu illərdə Türkiyənin Antalya şəhərində 52-ci, 54-cü, 55-ci Beynəlxalq Nevrologiya konqreslərində, 2018-ci ildə “Nevroloji Xəstəliklərdə Yuxu Pozğunluğu” kursunu keçmiş, həmin ildə Türkiyənin İstanbul şəhərində 14-cü “Baş Ağrısı” qış kursunda və İzmir şəhərində VIII “Beyin damar xəstəlikləri” konqresində iştirak etmişdir.
Dr.Arzu Məhərrəmova Türk Nevroloji Dərnəyinin və Türk Həkimlər Birliyinin üzvüdür. Dr. Arzu Məhərrəmovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.