Tarix: 24 Aprel 2019 12:52
UEFA elektron viza sistemində HIV/hepatit təsdiqi tələbinin ləğvinə görə Azərbaycana təşəkkür edib.
Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.
Bəyanatda deyilir: "Biz Azərbaycan Respublikasının elektron viza sisteminə HIV/hepatit təsdiqi tələbinin ləğv edilməsi ilə bağlı düzəliş etmək qərarını alqışlayırıq.
Bu addım UEFA-nın mayın 29-da Avropa Liqası finalı üçün Bakıya gedəcək azarkeşlərin adından etdiyi xahişi ilə atılıb".