Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Kiprdə bu stadionda oynayacaq - Şəkillər

Tarix: 9 Sentyabr 2020 21:06

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"si arasında oyunun keçiriləcəyi "AEK Arena" 2015-2016-cı illərdə inşa olunub.

Qol.az xəbər verir ki, Kiprin Larnaka şəhərində yerləşən stadion 7 400 azarkeş tutumuna malikdir. Stadion AEK-ın o vaxtkı prezidenti Andros Karapatakisin atası George Karapatakisin şərəfinə "AEK Arena- George Karapatakis" adlanır.

Stadionda ilk oyun 2016-cı il oktyabrın 17-də yerli çempionat çərçivəsində AEK və "Aris" klubları arasında keçirilib. Həmin görüşdə AEK 4:0 hesabı ilə qalib gəlib. Bu stadionda ilk qolu Jarge Larena vurub. "AEK Arena"nn rəsmi açılış mərasimi isə 2016-cı il noyabrın 26-ı olub.

Stadion Avrokubok matçına  ilk dəfə 2017-ci il iyunun 29-u ev sahibliyi edib.Həmin vaxt AEK "Linkold Red İmps"ə 5:0 hesabı ilə qalib gəlib.

Stadionun dəyəri 8 500 000 avrodur.

Qeyd edək ki, sentyabrın 16-da oynanılacaq "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
















Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Qarabağ Kiprdə bu stadionda oynayacaq Şəkillər


RƏYLƏR