Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 23:36
Məlumdur ki, işğalçı Ermənistan dövləti tərəfindən Azərbaycanın işğal olunmuş rayon və şəhərlərində tarixi, dini, mədəni abidələr vandalizmə məruz qoyulur. Bu gün işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızda ermənilər tarixi abidələri dağıdır, məscidləri tövləyə çevirərək orada heyvan saxlayırlar. Düşmən bu hərəkəti ilə dünya mədəniyyətinə, dünya tarixinə, bütövlükdə İslam dini inanclı xalqlara, dövlətlərə qarşı vəhşilik, vandalizm aktı törətməkdədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən çıxışında sözügedən məsələlərə toxunub. Ölkə başçımız bildirib ki, Ermənistanın bu addımına dünya müsəlmanları, müsəlman dövlətləri etirazlarını bildirməlidirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" analitik proqramında sözügedən məsələ ətrafında müzakirələr aparılıb. Verilişin qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev və siyasi elmlər doktoru, professor Elçin Əhmədov aktual mövzu ətrafında fikirlərini bölüşüblər. Qeyd olunub ki, Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir. Vurğulanıb ki, işğalda olan Şuşa şəhərindəki Tarix-Memarlıq Qoruğunun ərazisində işğalçı vandallar qədim qəbirləri dağıdıb, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparıblar. Bildirilib ki, beynəlxalq təşkilatlar Ermənistan dövlətinin işğalçı mövqeyini, terrorizmə dəstəyini, tarixə, mədəniyyətə qarşı vəhşiliyini ifşa etməlidirlər.
"Hədəf"in müzakirəsini tam formada "YouTube" kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=uqsKcFBQ_SU
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi - Trend.az