Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 09:40
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmanın heyətində vurduğu 100-cü qolunu şərh edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla bağlı 35 yaşlı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb: "Bu tarixi mərhələyə çatmağımda mənə kömək edən bütün həmkarlarıma, məşqçilərimə və milli komandanın işçilərinə təşəkkür edirəm".
Qeyd edək ki, Ronaldu dünən UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə matçda (2:0) dubla imza ataraq yığmadakı 100 və 100-ci qollarını vurub. Bununla da "Yuventus"un üzvü millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin sabiq hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb. Azərbaycan əsilli keçmiş futbolçu 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.