Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 09:54
"Milan" "Breşia"nın futbolçusu Sandro Tonalini icarəyə götürüb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İcarə müqaviləsinin müddəti açıqlanmayıb. "Milan"ın İtaliya millisinin oyunçusunu birdəfəlik almaq hüququna malik olduğu vurğulanıb.
İtaliya mətbuatı "Milan"ın 20 yaşlı yarımmüdafiəçi üçün 10 milyon avro icarə haqqı ödəyəcəyini yazıb. Onun birdəfəlik almağa görə isə 25 milyon avro ödənməlidir.
Qeyd edək ki, Tonali yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.