Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 16:32
Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.
28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.
Xatırladaq ki, cənubi afrikalı futbolçu yay transfer pəncərəsində "Sabah"ın heyətinə cəlb etdiyi 6-cı futbolçudur. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə müqavilə bağlanmışdı.