Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Tarix: 10 Sentyabr 2020 18:54

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

MPQ üzvləri tərəfindən müəssisənin bütün obyektlərinə, o cümlədən yataq və dərs otaqlarına, yeməkxana və mətbəxinə, asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu təhsil müəssisəsində yaşayan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında bu təhsil müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.


Etiketlər:  Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda başçəkmələr davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ