Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Exinokokkozu necə müalicə etməli?

Exinokokkozu necə müalicə etməli?

Tarix: 10 Sentyabr 2020 20:36

Exinokokkoz- sinir sisteminin nadir parazitar xəstəliklərindəndir. Xəstəliyə yoluxma exinikokk yumurtalarının mədə-bağırsaq yoluna düşməsi nəticəsində baş verir. Törədici lentşəkilli qurd olub, heyvanların bağırsaqlarında yaşayırlar.
Parazit mədə-bağırsağa düşdükdən sonra onların xarici qişası mədə şirəsinin təsirindən əriyir, nəticədə azad olmuş onkosferlər mədə və ya bağırsağın selikli qişasına daxil olurlar. Bundan sonra qan vasitəsilə müxtəlif orqanlara,daha çox qan damarları sistemi ilə qara ciyərə, az hallarda isə başqa üzvlərə , həmçinin beyinə yayılırlar. Müəyyən vaxtdan sonra (təxminən 5 ay sonra) onkosferlər süfrəyə -exinokokk kistasına çevrilirlər. Kistaların ölçüləri müxtəlif olur. Baş beyində onların ölçüsü 10-30 mm-ə çatır.
Xəstəliyin patogenezində nəinki kistaların ətraf toxumalara mexaniki təsiri, eyni zamanda parazitin həyat fəaliyyətində ifraz etdiyi mübadilə məhsullarının sorulması nəticəsində baş verən toksiki təsir,həmçinin kistanın mübadilə məhsullarına qarşı orqanizmin sensibilizasiyası mühüm rol oynayır.
PATALOGİYASI:Kista kifayət dərəcədə sıx qişa ilə əhatə olunan şəffaf sarı maye ilə doludur. Birkameralı exinokokkozdan başqa çoxkameralı exinokokkozlara da rast gəlmək olur. Beyin toxumasındakı kistaların ətrafında iltihabi proses inkişaf edir və birləşdirici toxuma kapsulunun əmələ gəlməsi ılə müşayət olunur. Kapsulun ətrafında yerləşmiş beyin damarlrı infiltiratlaşmış olur və onlara yaxın hissələrdə beyinin yumşalma ocaqları aşkar edilir.
KLİNİKASI:Baş beyin exinokokkozu beyin şişlərinin klinik mənzərəsini xatırladan kəllədaxili təzyiq sindromu və ocaq əlamətləri ilə təzahür edir. Yəni xəstələrdə baş ağrısı, baş gicəllənmə, qusma, görmə sinirlərində pozğunluq, epileptik tutmalar baş verə bilir. Epileptik tutmalar tez-tez baş verir, qıcolmanın baş verdiyi sahələrdə parez inkişaf edir, psixi pozğunluqlar, kəmağıllılıq, sayıqlama və depressiya baş verir.
GEDİŞİ:Ocaq əlamətlərinin sürətlə inkişaf etməsi kəllədaxili təzyiqi də yüksəldir.

DİAQNOZU:Exinokokkun kliniki diaqnozu xeyli çətinlik törədir. Onun təyinini emidemioliji göstəricilərə, kliniki mənzərəsinə görə təyin edirlər. Qaraciyərin və ağ ciyərlərin exinokokkozla yoluxması baş beyinin prosesə cəlb olunmasının düzgün diaqnostikasını asanlaşdırır. Xəstəyə immunoliji reaksiyalar tətbiq olunur. Ən dəqiq diaqnoz lateksaqqlütinasiya və dolayısı hemaaqlütinasiya reaksiyalarının eyni vaxtda aparılmasıdır. Xəstəliyin diaqnostikasında KT və MRT həlledici rol oynayır.
MÜALİCƏSİ: Exinokokk kistalarının yerləşdiyi yerdən asılı olaraq, onların xarıc olunması mümkündürsə, cərrahi əməliyyat son dərəcə vacib hesab edilir.


Etiketlər:  Exinokokkozu necə müalicə etməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ