Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sentyabrın 11-də keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq

Sentyabrın 11-də keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq

Tarix: 11 Sentyabr 2020 13:03

Bakı. İlhamə İsabalayeva – Trend:

Yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 11-də keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 11-də keçirilən bu imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə də sentyabrın 11-də buraxılış imtahanı verənlər bu il qəbul kampaniyasında deyil, gələn ilki qəbul perosesində iştirak edə biləcəklər”.


Etiketlər:  Sentyabrın keçirilən buraxılış imtahanının nəticəsi gələn qüvvədə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ