Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 16:44
İdman dərslərin məktəbin idman zalında olmadan evdən keçirilməsi mümkündür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəllimlərin məktəbə gəlmədən evdən dərs keçməsi yaxşı haldır: "Biz məktəblərdəki sıxlığı aradan qaldırmaq istəyirik. Ona görə də müəllimlər məktəbə gəlmədən evdən də distant dərslər keçə bilərlər".