Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 17:18
Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə keçiriləcək seçkinin tarixi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb. Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.
Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.