Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 19:08
Bu gün azərbaycanlı məşqçi və sabiq futbolçu Elşad Əhmədovun 50 illik yubileyidir.
E.Əhmədov 1970-ci ilin bu günü doğulub. O, futbolçu karyerası ərzində 1989-2003-cü illərdə "Qarabağ"da oynayıb. Ağdamın işğalından sonra - "Qarabağ"ın ağır vaxtlarında komandaya sadiqlik nümayiş etdirərək onlarla birgə olub.
Onu da qeyd edək ki, təcrübəli mütəxəssis Kazbek Tuayev E.Əhmədovu 90-cı illərin ortaları oynayan futbolçular arasında Azərbaycanın ən yaxşı mərkəz müdafiəçisi adlandırmışdı.
E.Əhmədov "MKT-Araz", "Xəzər", "Sabah"da baş məşqçi vəzifəsində işləyib.
Təbrik edirik!