Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 23:16
Keçmiş UFC çempionu Henri Sexudo amerikalı Castin Qetjiyə Həbib Nurməhəmmədovla necə döyüşməli olduğu barədə tövsiyə verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Essentially Sports" məlumat yayıb.
"Qetji üçün qələbənin açarı riskə girmək, ayaqları "loukik"lərlə məhv etmək və "teykdaun"lardan özünü qorumaqdır. Həbib oyunçudur - döyüşlərini hislər üzərində qurur. Qetjinin bir tutarlı "loukik"i döyüşün gedişini dəyişə bilər", - deyə H.Sexudo bildirib.
Qeyd edək ki, Həbib Nurməhəmmədovla Castin Qetji arasında döyüş oktyabrın 24-də keçiriləcək.