Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 07:16
Argentinalı futbolçu Qansalo İquanin Şimali Amerika Əsas Futbol Liqasında (MLS) oynayan "İnter Mayami" klubuna keçəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, İtaliyanın "Yuventus" klubu artıq 32 yaşlı argentinalı ilə müqaviləni ləğv etmək barədə razılığa gəlib.
Q.İquanin 2016-cı ilin yayından "Yuventus"da oynayır, iki dəfə İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında icarə əsasında çıxış edib. Bu mövsüm argentinalı forvard "Yuventus"un heyətində müxtəlif turnirlərdə 40 matç keçirib, on qol vurub və 8 faydalı ötürmə edib.