Tarix: 13 Sentyabr 2020 10:58
“Barselona”nın baş məşqçisi Ronald Kuman “Gimnastik”lə yoldaşlıq görüşündən sonra komandasının oyunu haqda danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bunları deyib:
“Komandaın oyun üslubu əvvəlki illərdən fərqli olaraq daha çox müdafiədə qurula bilər. Məqsədimiz topla daha çox oynamaq, onu özümüzdə saxlamaq və rəqib yarımmüdafiəçilərin arxasında boşluqlar tapmaqdır. Komandanın buna qadir olduğunu düşünürəm. Çünki belə oyun tərzi üçün heyətimizdə yaxşı yarımmüdafiəçilər var”.
Qeyd edək ki, “Barselona” sözügedən matçda 3:1 hesabı ilə qalib gəlib.