Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti çörək yeməyin ziyanı

İsti çörək yeməyin ziyanı

Tarix: 13 Sentyabr 2020 19:45

Bəzən mağazaya gedəndə çörəyin yenicə gətirildiyini görürük. Əlimizə alır, yumşaqlığına və hərarətinə heyran qalırıq.

Sonxeber.net bildirir ki, qida təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev "Sherg.az"a açıqlamasında isti çörək yeməyin fəsadlarından danışıb:

"Elmi ədəbiyyatlarda da göstərilir ki, təzə çörək bir neçə saat saxlanılmalıdır. O, yalnız bundan sonra yeyilmək üçün əlverişli olur. İsti xəmir məhsulunun zərəri həzm prosesinə gec daxil olmasıdır. Başqa sözlə desək, isti çörək həzm prosesini zəiflədir.

El arasında "çörək boyatlaşdıqca daha yaxşı olur" ifadəsini təsadüfən işlətmirlər. Çünki çörək qaldıqca həzm olunmasından ötrü tərkibində müəyyən proseslər gedir".


Etiketlər:  İsti çörək yeməyin ziyanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ