Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 22:06
Üzüm yarpaqlarını dəmləyib içmək olar və lazımdır. Xüsusən Abşeronun ağ şanı növ üzümünün yarpaqları.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, üzüm yarpaqları mədə qişasını sakitləşdirir, təmizləyir, bərpa edir, bağırsaqlardan toksinləri atır, baş ağrısında faydalıdır və həm də arıqladır.
4-5 ədəd təzə yarpaqlarını doğrayıb 1 litr suda, orta odda 15 dəqiqə qaynadın.
Sonra soyudub süzün, gün ərzində bunu hər yeməkdən sonra bir kiçik fincan olmaqla için.