Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Luis Hamilton "Formula-1" yarışlarında 90-cı qələbəsini qazandı

Luis Hamilton

Tarix: 13 Sentyabr 2020 22:28

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton "Formula 1" - "Toskana Qran Pri" avtomobil yarışları üzrə dünya çempionatının doqquzuncu mərhələsinin qalibi oldu.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, altıqat dünya çempionu karyerasında 90-cı dəfə yarış qalibi olub və məşhur alman Mixael Şumaxerin rekordunu təkrarlamağa cəmi bir qələbəsi qalıb.

"Qran Pri" "Ferrari"nin sahibi olduğu İtaliyanın "Mucello" trasında keçirilib.

"Toskana Qran Pri"si bu mövsüm tamaşaçıların qarşısında baş tutan ilk mərhələ kimi yadda qalacaq, tribunalara hər yarış günü təxminən 3 min azarkeş buraxılıb.


Etiketlər:  Luis Hamilton Formula 1 yarışlarında 90 qələbəsini qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ