Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 22:51
Fransız alimlər növbəli iş rejiminin beynin vaxtından əvvəl yaşlanmasına səbəb ola biləcəyi və zehni kütləşdirə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Sonxeber.net xəbər verir ki, növbəli işin beyin üzərindəki təsiri ilə bağlı aparılan araşdırmalar çərçivəsində, Fransada üç min nəfər üzərində yaddaş, düşünmə sürəti və idrak qabiliyyəti ölçən testlər tətbiq olunub.
Beynin funksiyalarında yaşlandıqca görülən geriləmə prosesinin növbəli işləyən insanlarda sürətləndiyi müşahidə edilib. Belə insanlarda idrak bacarıqlarının azalması təsirlərinin iş həyatının sona çatmasından sonra ən az daha 5 il davam etdiyi müəyyən olunub.
İdrak bacarıqlarının azalmasının qarşısını almaq üçün iş saatlarının nizamlı olması və səhiyyə idarələrinin buna laqeyd qalmamasının lazım olduğu bildirilir.
Mütəxəssislər ǝldǝ edilǝn nǝticǝlǝrin zehnin azalmasının müalicəsi baxımından əhəmiyyətli olduğunu düşünür. Bədən saatına zidd olan iş saatları xərçəngdən tutmuş piylənməyə qədər müxtəlif xəstəliklərin yaranmasına sǝbǝb olur. (publika.az)