Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni mərhələdə Azərbaycan sığortaçıları üçün əsas prioritet “boşluqlar”ın doldurulması olacaq

Yeni mərhələdə Azərbaycan sığortaçıları üçün əsas prioritet “boşluqlar”ın doldurulması olacaq

Tarix: 14 Sentyabr 2020 12:04

Bakı. Fidan Babayeva - Trend:

Yeni mərhələdə Azərbaycan sığortaçıları üçün əsas prioritet pandemiyanın yaratdığı “boşluqlar”ın doldurulması olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, bununla paralel olaraq bu şəraitdə adekvat fəaliyyət və müştərilərin dəyişməkdə olan davranışı sığortaçıların gələcək fəaliyyəti üçün prioritet olacaq:

“Məhz bu reallıqları nəzərə almaqla ASA yeni fəaliyyət konsepsiyasını hazırlayıb”.

O vurğulayıb ki, yeni konsepsiya funksionallıq baxımından çoxşaxəlidir və dayanıqlı inkişaf üçün zəruri olan bütün elementləri əhatə edir:

“Konsepsiyanın əsas hədəf indikatorları yerli sığorta bazarının dayanıqlı inkişafının təmin olunması məqsədilə sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünya təcrübəsinin tətbiqi və statistik hesabatlılıq üçün lokal və qlobal müstəvidə təşkilatlarla əməkdaşlığın qurulması, daha genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasıdır”.


Etiketlər:  Yeni mərhələdə Azərbaycan sığortaçıları üçün əsas prioritet boşluqların doldurulması olacaq


RƏYLƏR