Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman uroloqu, cərrah Dr. Bəhruz Xalıqov

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman uroloqu, cərrah Dr. Bəhruz Xalıqov

Tarix: 15 Sentyabr 2020 09:48

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının uzman uroloqu, cərrah Dr. Bəhruz Xalıqovu təqdim edirik.

Dr. Bəhruz Xalıqov Mərkəzi Gömrük Hospitalında endoskopik və açıq böyrək, sidik axarı, sidik kisəsi daşları, müxtəlif xəstəliklərlə bağlı laparoskopik və açıq uroloji əməliyyatlar, androloji və uroloji rekonstruktiv əməliyyatlar həyata keçirir.

Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir.

Dr. Bəhruz Xalıqov 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında uzman uroloq, cərrah kimi fəaliyyət göstərir. O, 2015-ci ildə Türkiyənin Bursa şəhərində “Prostat xərçəngi və BPH” mövzusunda keçirilən Avrasiya Uroonkoloji Bahar konqresində, həmin ildə Türkiyənin İstanbul şəhərində “Qadınlarda çanaq bölgəsi orqanlarının rekonstruktiv əməliyyatları” mövzusunda simpoziumda, 2017-ci ildə İstanbul şəhərində “Bahçeşehir Universitetinin kliniki anatomiya laboratoriyasında “Dondurulmuş meyit modelində yüksək dərəcəli endoskopik və laparoskopik cərrahiyyə” kursunda iştirak edib.

O, 2016-cı ildə Bakı şəhərində keçirilən VI Uroonkologiya Qış konqresində, 2017-ci ildə Türkiyənin İstanbul şəhərində Türk Urologiya Akademiyasının təşkil etdiyi böyrək şişləri mövzusunda təkmilləşdirmə kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresində, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universiteti CASE robotik, laparoskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz modelində yüksək dərəcəli müasir laparoskopik böyrək cərrahiyyəsi kursunda iştirak etmişdir.

Dr. Bəhruz Xalıqov Avropa Urologiya Assosiasiyasının, Türk Urologiya Assosiasiyasının, və Türk Uroloji Cərrahiyyə Assosiasiyasının, Türk Uroloji Assosiasiyasının üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/behruz-xaliqov/. Dr. Bəhruz Xalıqovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#Bəhruzxalıqov #uzmanuroloq #cərrah

#həkimlərimizitanıyın #rubrika #urologiya

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital


Etiketlər:  Həkimlərimizi tanıyın rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman uroloqu cərrah Bəhruz Xalıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ